Azərbaycan klubları notarius xidmətindən imtina edirlər

19:00 | 12.03.2019
Azərbaycan klubları notarius xidmətindən imtina edirlər

Azərbaycan klubları notarius xidmətindən imtina edirlər

Azərbaycan Premyer Liqasında çıxış edən klublar futbolçularla müqavilələrinin notariusda təsdiqlənməsini istəmirlər. 

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Klublar Komitəsində keçirilən iclasda müzakirə aparılıb.

Belə ki, notarius məcburi olduğu üçün, klublar əlavə vəsait ödəyir.

Bu üzdən səkkiz Premyer Liqa klubu AFFA-ya təklif edib ki, notarius tələbi yığışdırılsın.

Qeyd edək ki, Azərbaycanda transferlər mövsüm ərzində iki dəfə - qış və yayda həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM