• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Azərbaycan Konqoya investisiya qoyacaq

Azərbaycan Konqoya investisiya qoyacaq
04.04.2024 16:21
Azərbaycan Konqoda investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sektorunda iştirak etməyi planlaşdırır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bu gün biz iqtisadi sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi apardıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildi.  Azərbaycan Konqoda ilk növbədə kənd təsərrüfatı sahəsində investisiya layihələrində iştirak etmək niyyətindədir”, - Əliyev cümə axşamı Bakıda danışıqların yekunlarına dair Konqo Prezidenti Denis Sassu Nqesso ilə mətbuata verdiyi  açıqlamada bildirib.

Əliyev vurğulayıb ki, Azərbaycan və Konqonun bərpa olunan enerji,  mədənçıxarma və digər sahələrdə əməkdaşlıq üçün çox yaxşı perspektivləri var.

"Bu gün müzakirə oldu, müvafiq tapşırıqlar verildi və mən əminəm ki, yaxın aylarda nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, - Əliyev əlavə edib.

Sassou Nguesso, öz növbəsində, Konqo və Azərbaycanın karbohidrogenlər, kənd təsərrüfatı, mədənçıxarma, informasiya və bərpa olunan enerji sahələrində əməkdaşlıq potensialına malik olduğunu bildirib.
 
"Biz ölkələrimiz arasında bu əməkdaşlığı bütün qeyd olunan sektorlarda inkişaf etdirməyə sadiqik. Biz nümayəndələrimizə bu layihələri yekunlaşdırmaq üçün birgə işləməyi tapşırmışıq”, - Konqo prezidenti deyib.

O, əlavə edib ki, Bakıda aparılan danışıqların nəticələrindən məmnundur.

 "Məsələn, qeyd etdim ki, ölkəmizin böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin cəmi 3 faizindən istifadə edə bilərik, bu o deməkdir ki, qalanları istifadəyə hazırdır. Bizdə bol su mənbələri və bütün il boyu işıq saçan günəş var. Biz kənd təsərrüfatımızı inkişaf etdirmək üçün bu potensialdan və bu sahədəki böyük təcrübənizdən istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edib, sonra ixrac edə bilərik”,  -  Konqo lideri bildirib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:17
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol