Azərbaycan ölkənin müdafiəsinə 3 milyard manat ayırıb

17:21 | 05.03.2014
Azərbaycan ölkənin müdafiəsinə 3 milyard manat ayırıb

Azərbaycan ölkənin müdafiəsinə 3 milyard manat ayırıb

Ötən il Azərbaycanda ölkənin müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 3 milyard manata yaxın vəsait sərf edilib.APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib. Ötən il Silahlı Qüvvələr və qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən silah, sursat, ərzaq, geyim və digər maddi-texniki vasitələrlə təchizatı, döyüş hazırlığının yüksəldilməsi, sərhədlərin mühafizəsinin gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi və tikinti-quruculuq sahəsində tədbirlər davam etdirilib. 2013-cü ildə hərbi hissə və şəhərciklərdə 116,97 milyon manat məbləğində tikinti quruculuq işləri, o cümlədən 24 hərbi şəhərcikdə tikinti, 26 hərbi şəhərcikdə əsaslı təmir, 19 hərbi şəhərcikdə isə cari təmir işləri həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM