Azərbaycan manatının dövretmə sürəti azalıb

20:30 | 28.10.2020
Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,77 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,04 bənd, yanvarın 1-nə nisbətən 0,71 bənd, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 1,04 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb