Rusiyalılar Belarus və Qazaxıstanı MDB dövlətləri arasında ən uğurlu hesab edirlər, üçüncü yerdə isə Ukraynanı Azərbaycan əvəzləyib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ВЦИОМ) araşdırmasında bildirilir. Tədqiqat 2014-cü ilin noyabrında aparılıb.
Rusiyanın 52 regionunda 1,6 min insanın rəyi soruşulub. Sorğuda yanlışlıq 3,5%-i ötmür. Sorğu zamanı Mərkəz rusiyalıların MDB-yə daxil olan dövlətlərin nə dərəcədə uğurlu olmasına münasibətlərini öyrənib. "Rusiyalıların fikrincə, MDB-də böyük fərqlə iki dövlət uğurludur. Birinci yerdə Belarus qərarlaşıb, vətəndaşlarımızın 66%-i bu dövləti MDB ölkələri arasında ən uğurlu hesab edirlər. İkinci yerdə 45% göstərici ilə Qazaxıstan qərarlaşıb”, - deyə, təşkilatın idarə heyətinin sədri Konstantin Abramov "Avrasiya İttifaqı start ərəfəsində” mətbuat konfransında bildirib.
Abramovun sözlərinə görə, üçüncü yerdə Azərbaycan qərarlaşıb – rusiyalıların 10%-i ölkəmizi MDB-nin ən uğurlu dövlətərindən biri hesab edirlər. Növbəti pillələrdə Ermənistan (9%), Qırğızıstan, Gürcüstan, Moldova (hərəsi 5%), Türkmənistan (4%) qərarlaşıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !