Azərbaycan məhsulları Rusiyada bahalaşır - AÇIQLAMA

19:00 | 04.08.2015
Azərbaycan məhsulları Rusiyada bahalaşır - AÇIQLAMA

Azərbaycan məhsulları Rusiyada bahalaşır - AÇIQLAMA

Rusiya rublu yenidən dollara nisbətən ciddi dəyər itirməkdədir. - Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb.

ANN.Az xəbər verir ki, ekspert bu ilin əvvələrində "özünə gəlməyə” çalışan Şimal qonşumuzun milli valyutasının cəmi 6 ay duruş gətirə bildiyini yazıb: "İranın Qərblə münasibətlərini istiləşməsi, sadəcə, dünya bazarını silkələmədi, həmçinin Moskvada havanın dərəcəsini qaldırdı. Yay mövsumundən əvvəl 1 dollar almaq üçün 48 rubl təklif edildiyi halda indi ruslar 63 rubllarından keçməlidirlər. Son bir ayda 14 faiz dəyər itirən rubl dollar qarşısında son həftə 7 faiz geriləyib. Bütövlükdə, son bir ildə rubl məzənnəsi 55 faizdən çox ucuzlaşıb."

İqtisadçı ekspert hesab edir ki, Rusiya ölkəmizin qeyri-neft ixracatında əsas ticarət və iqtisadi tərəfdaşımız olduğunu nəzərə alsaq rublun dəyərsizləşməsi bu ölkəyə ixrac potensialımıza təsir göstərməkdədir: "Rublun məzənnəsindəki azalmalar artıq 2014-cü ildə Rusiya Azərbaycan ticarət dövriyyəsində özünü göstərdi. Belə ki, ötən ilin yekunlarında iki ölkə arasındakı ticarət dövriyyəsi rəsmi statistikada əvvəlki ildəki 2 milyard 583 milyon dollardan 1 milyard 954 milyon dollaradək azaldı. Bu özünu Rusiyaya ixracatımızda da göstərdi. Şimal qonşumuza 2013- cü ildə 1 milyard 77 milyon dollarlıq mal göndərdiyimiz halda bu göstərici ötən il 640 milyon dollar olub".

Ekspert vurğulayıb ki, digər tərəfdən Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən kursunu da azalmasına gətirib çıxarır: "Yəni manat da rubla nisbətən möhkəmlənir. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabiliyyətini məhdudlaşdırır. Faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır. Bununla yanaşı, Azərbaycan fermerlərinin istehsal etdiyi tərəvəz məhsullarının Rusiya bazarında müqayisəli üstünlüyə malik olmasını nəzərə alsaq rublun qara günləri hələlik Azərbaycan iqtisadiyyatına hiss edilən təsir göstərməyəcək. Bununla yanaşı, rublun dəyərsizləşməsi Azərbaycanın Rusiyaya ixracatına orta müddətli dövrdə təsir göstərə bilər.

Vüqar Bayramov məzənnənin aşağı düşməsi Azərbaycana göndərilən Rusiya mallarının qiymətlərinə artıq təsir göstərdiyini deyib: "Növbəti aylarda biz bunu daha aydın şəkildə görəcəyik. Xüsusən də Rusiya istehsalı olan bəzi tikinti materiallarının qiymətində endirimlərin olacağı istisna edilmir. Rublun məzənnəsi aşağı düşdükdən sonra isə bu ölkədə yaşayan həmyerlilərimizin də biznesində durğunluq müşahidə ediləcək. Bu baxımdan onların Azərbaycanda göndərdikləri vəsaitlərin məbləğində azalma müşahidə ediləcək. Bütövlükdə 2015-cü ildə azərbaycanlıların Rusiyadan göndərdikləri vəsaitin məbləğinin 30 faiz azalacağı proqnozlaşdırılır."

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti