Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb

18:30 | 24.02.2024
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 54 milyon 611 min ABŞ dolları dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,2 % və 21,1 % çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,96 %-ni, qeyri-neft sektoru üzrə ixracının isə 24,59 %-ni təşkil edib.

Ötən ay Azərbaycana 28 milyon 710 min ABŞ dolları dəyərində 42 min 633 ton meyvə-tərəvəz idxal edilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,2 dəfə və 3,9 % çoxdur.

Dövr ərzində meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında payı 2,51 % olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti