Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb
Azərbaycan 2026-cı ilin yanvar-may aylarında 45 774 ton alma ixrac edib ki, bunun dəyəri 37,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 1,7 % az, dəyər ifadəsində isə 14,6 % çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə alma ixracı 822 ton azalsa da, ixracdan əldə olunan gəlir 4,73 milyon ABŞ dolları artıb. Alma ixracından əldə edilən gəlirlər Azərbaycanın ümumi ixracının 0,2 %-ni təşkil edib.
Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20,79 milyard ABŞ dolları olub. Bunun 13,97 milyard dolları ixracın, 6,82 milyard dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Son xəbərlər
Daha çox