Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağayev dünyasını dəyişib.
"APA-Economics"in xəbərinə görə, Q. Ağayev dünən vəfat edib.
Q. Ağayevin 75 yaşı olub.
AMB-nin ilk rəhbəri 13 iyul 1941-ci ildə Bakıda anadan olub.
1992-ci ildən AMB-nin sədri vəzifəsini tutub.
Q. Ağayevin dəfn mərasimi sentyabrın 22-də, saat 14:00-da, Süleyman Vəzirov küçəsi, 11 ünvanında baş tutacaq.
Allah rəhmət eləsin!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !