Azərbaycan Milli Elmlər Akademiyasında cinayət işi açılıb

17:26 | 21.10.2024
Azərbaycan Milli Elmlər Akademiyasında cinayət işi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasında cinayət işi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasında qanun pozuntuları ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.


Məlumata görə, Azərbaycan Hesablama Palatasından daxil olan materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə əlaqədar cinayət işi başlanıb.


2020-2023-cü illər üzrə aparılan audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən dövlət vəsaitlərinin qanunsuz istifadəsi və digər hüquq pozuntularına dair ciddi şübhələr ortaya çıxıb. Bu faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılıb, ilkin istintaq aparılır.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM