Azərbaycan yığması Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.
Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.
Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması tutub.
Avropa çempionu adını qazanan komandanın heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.
Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb.
N.Təbrizli
Foto: Qafqazino saytına məxsusdur
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !