• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəlilədi
06.08.2015 17:00
Rəqiblərdən 3-ü geriləyib

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib. 

Hazırda 302 xala malik yığma 106-cı pillədə qərarlaşıb. 

Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyib. Hazırda bu komandalar müvafiq olaraq, 1023-cü xalla 13-cü və 1001 xalla 16-cı mövqedədir. Əvəzində Norveç, Bolqarıstan və Malta hərəyə 1 pillə geriləyib. Onlar isə müvafiq olaraq, 495 xalla 68-ci, 487 xalla 69-cu və 157 xalla 159-cudurlar.

Siyahıya yenə Argentina millisi başçılıq edir. DÇ-2014-ün finalçısı 1425 xala malikdir. 1 pillə irəliləyən Belçika 1244 xalla 2-ci, 1 pillə geriləyən son dünya çempionu Almaniya isə 1226 xalla 3-cü pillədə yer alıb. 

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 3-də açıqlanacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Şelburn" - "Qarabağ" oyununa bütün biletlər satılıb
İdman 14:01
"Şelburn" - "Qarabağ" oyununa bütün biletlər satılıb
"Qarabağ"dan daha bir transfer
İdman 21:53
"Qarabağ"dan daha bir transfer
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
İdman 23:58
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
İdman 17:51
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
İdman 08:38
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol