• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycan MN Ermənistana xəbərdarlıq edib - Video

Azərbaycan MN Ermənistana xəbərdarlıq edib - Video
01.04.2024 18:25
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Nazirlikdən verilən məlumata görə, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.

Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək” - məlumatda bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol