Azərbaycan üçün G-20-də yeni imkan

16:17 | 08.12.2014
Azərbaycan üçün G-20-də yeni imkan

Azərbaycan üçün G-20-də yeni imkan

 "Azərbaycanın qarşıdakı ildə Böyük İyirmilərin (G-20) bütün tədbirlərində iştirak edəcək".

ANN.Az
xəbər verir ki, bu barədə məlumatı politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsində paylaşıb.

Onun fikrincə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevi böyük iyirmilərin (G-20) 2015-c ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycanı ittifaqının bir az daha güclənməsində və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər:

"Məsələ burasındadır ki, 2015-ci ildə G-20-lərə Türkiyə sədrlik edəcək və Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir. 2013-cü ildə G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya isə Yeni Zellandiyanı seçmişdi. Türkiyə Azərbaycanı seçib. Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək.

Dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85 faizi, əhalinin isə 23 hissəsi G-20 ölkələrində cəmləşib. Odur ki, belə bir kluba dəvət və kənardan da olsa söz haqqına malik olmaq sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriəcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək.
Ən maraqlısı odur ki, Türkiyə və Azərbaycan prezidentləri bu mövzunu telefonla dekabrın 1-də müzakirə ediblər. Eyni tarixdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi dəfər edib. Fikrimcə, bu təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlkitək priroritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Digər tərəfdən Azərbaycan prezidenti Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığıa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM