Azərbaycan neft ixracını azaltdı

23:30 | 16.07.2015
Azərbaycan neft ixracını azaltdı

Azərbaycan neft ixracını azaltdı

Azərbaycan 2015-ci ilin birinci yarısında 16 milyon 634 min 793,06 ton neft ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 393 min 768.34 ton və ya 2,3% azdır.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK-nın məlumatına görə, sayğacların göstəricilərinə əsasən, cari ilin 6 ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 13 milyon 425 min 884,54 ton, Bakı-Supsa neft kəməri ilə 2 milyon 197 min 294,5 ton, Bakı-Novorossiysk neft kəməri ilə 594,071 min ton neft ixrac olunub.

Bundan əlavə, dəmir yolu ilə Gürcüstan limanlarına 417 min 543,02 ton neft daşınıb.

Qeyd edək ki, həmçinin "Şahdəniz” yatağından 1 milyon 103 min 617,92 ton qaz kondensatı Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM