Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,49 ABŞ dolları, yaxud 1,89 % artaraq 80,21 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin fevral fyuçersləri 75,84 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
www.anews.az