Azərbaycan nota verdi

17:06 | 09.02.2015
Azərbaycan nota verdi

Azərbaycan nota verdi

Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycannın Yekaterinburqdakı Baş Konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib. 

Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycannın Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviç ilə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.

Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb.

Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM