Azərbaycan nüvə sammitinə dəvət olundu

16:58 | 04.02.2014
Azərbaycan nüvə sammitinə dəvət olundu

Azərbaycan nüvə sammitinə dəvət olundu

Azərbaycan bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunub.APA-nın xəbərinə görə, bunu Niderland Krallığının xarici işlər naziri Frans Timmermans bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti sammitdə iştirak edəcək: “Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”. Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə son sammit 2012-ci ildə Seulda keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM