Azərbaycan Ordusu itki verib

16:21 | 23.01.2015
Azərbaycan Ordusu itki verib

Azərbaycan Ordusu itki verib

Azərbaycan ordusu daha bir əsgərini itirib.

Müdafiə Nazirliyindən "Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Vəfat edən hərbçi, 26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM