Azərbaycan Ordusunun əsgəri ölüb - Hərbi Prokurorluqdan açıqlama

20:24 | 10.03.2023
Azərbaycan Ordusunun əsgəri ölüb - Hərbi Prokurorluqdan açıqlama

Azərbaycan Ordusunun əsgəri ölüb - Hərbi Prokurorluqdan açıqlama

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədədə Hərbi Prokurorluqdan bildirilib.

Məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb