Azərbaycan prezidenti: “Ermənistan aciz duruma düşüb”

20:27 | 27.01.2015
Azərbaycan prezidenti: “Ermənistan aciz duruma düşüb”

Azərbaycan prezidenti: “Ermənistan aciz duruma düşüb”

"Son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb. Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir".
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib. O bildirib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: "Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkmədiyi təqdirdə, bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək”.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM