Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərinə səfər edib.
APA-nın məlumatına görə, səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etməkdir.
Qeyd edək ki, görüş dekabrın 19-da keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !