• $ 1.7
  • € 2.012
  • ₽ 0.022055
  • ₺ 0.0391
  • £ 2.3318

Azərbaycan qazı bir çox ölkələr üçün “təhlükəsizlik yastığına” çevrilib - RUMINIYA PREZİDENTİ

Azərbaycan qazı bir çox ölkələr üçün “təhlükəsizlik yastığına” çevrilib - RUMINIYA PREZİDENTİ
03.02.2023 13:51
Azərbaycandan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə tədarük edilən qaz bir çox dövlətlər üçün "təhlükəsizlik yastığına” çevrilib. Bu barədə cümə günü Bakıda Cənub Mülki Dəhlizinin Məşvərət Şurasının iclasının açılışında çıxış edən Rumıniya Prezidenti Klaus İohannis bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi fəaliyyət göstərdiyi iki il ərzində "Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini” nümayiş etdirib.
 
İohannisin sözlərinə görə, Ukraynadakı münaqişə kontekstində "Aİ və üzv dövlətlər qazın geosiyasi qiyməti həddən artıq yüksək olduğuna görə etibarsız mənbələrdən asılılığı əhəmiyyətli dərəcədə azaltmaq üçün qətiyyətli addımlar atıblar”. Belə bir şəraitdə "Cənub dəhlizi ilə tədarük edilən Azərbaycan qazı regionun bir çox dövlətləri üçün təhlükəsizlik yastığına çevrilib”, o vurğulayıb.
 
Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəməri "Mərhələ-2” layihəsi çərçivəsində "Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onun ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.
     
2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin göstəricisini 12,3 faiz üstələyib. Azərbaycan 2023-cü ildə Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Avropa İttifaqında enerji böhranı 2022-ci il iyulun əvvəlində, Rusiyadan qaz tədarükündə ilk fasilələr yarananda daha da pisləşdi. Bundan sonra Avropa Komissiyası Aİ ölkələrini Rusiya Federasiyasından tədarükün tamamilə dayandırılmasına hazırlaşmağa və avqustun 1-dən etibarən icma dövlətləri tərəfindən qaz istehlakının könüllü olaraq 15% azaldılması planını tətbiq etməyə çağırıb. 
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol