Azərbaycan qeyri-neft ixracı artıb

2023-cü ilin o bir ayında Azərbaycan 3 milyard 33,68 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Təkcə noyabrda isə qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 % çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi artmasını proqnozlaşdırır.
Aytac Zeynalova
www.anews.az