2023-cü il Azərbaycan Qəzzadakı vəziyyətlə bağlı 2 milyon yardım ayırıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, cari il Azərbaycan beynəlxalq səviyyədə Türkiyəyə və Ukraynaya da humanitar yardımlar edib.
Cari ilin oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatını başladıb. Qəzzada ölənlərin sayı 21 mini keçib.
2023-cü ilinfevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb. Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb.
Azərbaycan zəlzələ bölgəsinə həm fikizi həm də humanitar yardım göndərib.
2021-ci ilin fevralından Rusiya Ukryanda hərbi əməliyyatlar keçirilməsi barəsində qərar qəbul edib. Müharibə ilə bağlı Azərbaycan Ukraynaya bir neçə dəfə humanitar yardım göndərib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !