Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox praqmatik şəkildə inkişaf edir.Bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
"Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik”, - deyə Rusiya dövlətinin başçısı qeyd edib.
Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsinin həcminin təqribən 4,6 milyard dollar olduğunu bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !