Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) hələlik Rusiya qazının idxalına başlamayıb.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Rövnəq Abdullayev cümə axşamı bildirib.
2015-ci ilin sentyabr ayının ortasında Azərbaycan şirkəti AzMeCo "Qazprom eksport” ilə Rusiya qazının ildə 2 milyard kubmetr tədarükü barədə orta müddətli müqavilə imzalayıb.
"Qazprom” qrupunun təbii qazının tədarükü Qaradağ Metanol Zavodunun 100% gücü ilə işinin zəmanətini təmin edəcək”, - o zaman Rusiya şirkətində bəyan etmişdilər.
Sentyabrın sonunda tədarükə başlandı, bir həftə sonra dayandırıldı. Azərbaycan tərəfi bu addımı qeyri-rentabellik ilə izah etdi.
Bundan başqa, SOCAR və "Qazprom” 2015-ci ilin oktyabrından Rusiyanın cənubunu qaz ilə təmin etmək üçün Rusiya qazını Azərbaycanın yeraltı qaz anbarlarına tədarükü üzrə müvəqqəti mübadilə əməliyyatları planlayırlar.
"Qaz hələlik idxal edilmir. Hal-hazırda danışıqlar gedir və mübadilə tədarükü üzrə yeraltı qaz anbarlarına maksimal həcmdə qazın tədarükünün texniki detalları nəzərdən keçirilir”, Abdullayev cümə axşamı izah edib.
Yeni müqavilə üzrə birinci mərhələdə Rusiyadan Azərbaycana sutkada 10 milyon kubmetr qaz tədarük ediləcək, sonra həcm ildə 2 milyard kubmetrə qədər artacaq.
"Qazın maksimal həcmini tədarük edərək, biz qaz anbarlarımızın gücünü sınamaq istəyirik. Yeraltı qaz anbarlarının gücü ilkin olaraq 3,5 milyard kubmetr göstərilib, daha sonra 6 milyard kubmetrə qədər artırılıb. Amma son artırılmadan sonra onlar yoxlanılmayıb, beləliklə də, biz onları sınamaq istəyirik”, - Abdullayev qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !