Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb

10:11 | 27.08.2014
Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb

Adi günlərdə keçid məntəqəsindən 120 minik maşınının buraxılır.

Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb.APA TV xəbər verir ki, ərazidə təxminən 300-dək maşın Rusiyaya keçmək üçün növbə gözləyib.Xudat Gömrük Nəzarət Postundan növbənin yaranma səbəbi kimi, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi və qonşu ölkədə yeni tədris ilinin başlanması göstərilib. Həmçinin adi günlərdə keçid məntəqəsindən 120 minik maşınının buraxıldığını, indi isə bu rəqəmin 200 çatdırıldığını bildirib.Qeyd edək ki, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi səbəbindən Türkiyəyə yük daşıyan avtomobillər Azərbaycan ərazisindən istifadə etməyə məcbur olublar.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür