Azərbaycan Rusiyadan beş elektrik qatarı alacaq

19:03 | 24.03.2015
Azərbaycan Rusiyadan beş elektrik qatarı alacaq

Azərbaycan Rusiyadan beş elektrik qatarı alacaq

 Azərbaycan Rusiyanın "Sinara” şirkətindən elektrovoz və elektrik qatarı alacaq.
 
"APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın "Sinara” şirkətinin rəhbəri Dmitri Pumpyansk Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə görüşü zamanı bildirib.
 
Bir il əvvəl Sverdlovsk vilayətindən olan nümayəndə heyətinin Bakıya səfərini və 2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları” QSC ilə "Uralvaqonzavod" arasında 2 900 ədəd vaqon alınması ilə bağlı imzalanan müqaviləni xatırladan Y.Kuyvaşev həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb.
 
"Azərbaycan Respublikası ilə münasibətlərimiz yeni məcrada inkişaf edir. Hazırda Azərbaycanla yük elektrovozlarının və beş ədəd "Lastoçka” elektrik qatarının verilməsi ilə bağlı uğurlu danışıqlarımız gedir” - deyə "Sinara” QSC-nin direktoru D.Pumpyansk bildirib.
 
Qeyd edək ki, mart ayının əvvəlində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Rusiyanın "Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko ilə görüşüb və danışıqların yekununda Rusiya tərəfinin "Azərbaycan Dəmir Yolları" QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM