Azərbaycan Rusiyaya döyüş tankları sifariş verdi

Azərbaycan Rusiyaya T-90S döyüş tankları üçün simulyatorlar sifariş verib.
Bu barədə APA-ya Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən (TTM) bildirilib.
Ötən il sifariş verilmiş simulyatorlar TTM zirehli texnika tədris sinfində qurulacaq. T-90S tanklarını idarə edən heyət təlimlərin bir qismini bu simulyatorda keçdikdən sonra praktik olaraq döyüş maşınlarının idarəetməsinə cəlb olunacaqlar.
Simulyatorların cari il içində Azərbaycana çatdırılması və TTM-də qurulması planlaşdırılır. Artıq tədris zalında bu simulyatorlar üçün yerlər hazırlanıb.
Qeyd edək ki, Azərbaycan Rusiyaya 100-ə yaxın T-90S tankı sifariş verib. Ötən il Azərbaycana çatdırılmış bu tankların bir qismi sonuncu hərbi paradda və aprel ayında Naxçıvan Muxtar Respublikasında hərbi texnikaların təqdimatında nümayiş olunub.
ANN.Az
Son xəbərlər
Daha çox 