Azərbaycan Rusiyaya qaz nəqlini dayandırdı

Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz nəqlini dayandırıb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” yanacaq-enerji kompleksinin mərkəzi dispetçer idarəsinə istinadən xəbər yayıb.Xəbərdə Azərbaycan qazının nəqlinin dayandırılanadək sutkada 3 milyon kubmetr təşkil etdiyi bildirilir. “Qazprom”dan isə deyiblər ki, Azərbaycan bu addımın səbəblərini və qazın verilməsinin bərpa tarixini açıqlamayıb.Qeyd edək ki, Azərbaycan qazı Dağıstanın qaz təminatının əsas mənbələrindəndir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 