Azərbaycan səfirindən ÇAĞIRIŞ

10:05 | 19.01.2015
Azərbaycan səfirindən ÇAĞIRIŞ

Azərbaycan səfirindən ÇAĞIRIŞ

Azərbaycanın Kiyevdəki səfiri Ukraynanı fasilə etməyə, güc toplamağa və müharibəni davam etdirməyə çağırıb.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yanvarın 18-da Kiyevdə keçirilmiş sülh marşında bildirib.  
"Biz azərbaycanlılar aqressiv separatçılığın və ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu hamıdan yaxşı anlayırıq. Buna görə də, bütün ukraynalılara sülh arzulayıram. Lakin separatçılıq və işğalla barışmaq üçün yox, fasilə vermək, iqtisadiyyatı, ordunu gücləndirmək və bütün işğal olunmuş əraziləri azad edərək, istənilən separatçılığın kökünü kəsmək üçün”, - deyə, səfir bəyan edib.

Qeyd edək ki, 2014-cü ilin yazından bu günədək Ukraynanın şərqində - Donetsk və Luqansk vilayətlərində separatçılarla müharibə davam edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM