Şirkətimiz bu istiqamətdə fəaliyyət göstərir. Düzdür, hələ ki, ixrac olunması nəzərdə tutulan ölkələrin tam siyahısı olmasa da ümid edirik ki, məhsulumuzu qonşu ölkələrə ixrac edə bilərik.
Bu barədə Oxu.Az-a "İteca Caspian” şirkətinin təşkil etdiyi "BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində bazarda aparıcı yeri tutan sement istehsalçısı olan şirkətdən bildirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycana təxminən 24 milyon dollar həcmində sement idxal edilib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 68 milyon dollar və ya 74% azdır.
Öz növbəsində, Dövlət Statistika Komitəsinin (DSK) cari ilin ilk 9 ayı üçün hazırladığı statistik məlumatlara istinad etsək, deyə bilərik ki, qeyd olunan dövrdə Azərbaycan 2 milyon tondan çox sement istehsal edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 14,4% çoxdur.
Onu da əlavə edək ki, bir müddət əvvəl bildirilirdi ki, Azərbaycan hökuməti 2015-ci ildə sementə olan daxili tələbatını tamamilə yerli istehsal hesabına ödəyəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !