Rusiyanın xüsusi təyinatlı dəstələri Dağıstan Respublikasının Mahaçqala şəhərində separatçıların gizləndiyi evə hücuma keçiblər.
ANS PRESS-in məlumatına görə, respublika polis idarəsinin nümayəndəsi yaraqlıların təslim olmaq barədə tələbi rədd etdiklərini və atəş açdıqlarını söyləyib. Hazırda atışma davam edir.
Bildirilir ki, çoxmərtəbəli yaşayış binasında iki separatçı və onlara kömək edən şəxs xüsusi təyinatlılara müqavimət göstərir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !