Azərbaycan təhlükə qarşısında

17:41 | 05.01.2015
Azərbaycan təhlükə qarşısında

Azərbaycan təhlükə qarşısında

"Xəzərin səviyyəsi neçə illərdir, düşür. 2014-cü ildə isə suyun səviyyəsi hiss olunacaq dərəcədə aşağı düşüb”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, səviyyənin aşağı düşəməsinin səbəbi Volqa çayının suyunun azalması ilə bağlıdır. Volqa çayının suyunun 300 kub-kilometrdən 200 kub-kilometrə düşdüyünü deyən R.Məmmədov qeyd edib ki, bu da böyük həcmdə su ehtiyatıdır: "Həm də ərazi arid zona olduğuna görə yer səthində quraqlıq, buxarlanma çox olur. Keçən il Azərbaycanda bütün çaylar qurudu, kənd təsərrüfatına ziyan dəydi. Buxarlanma çox, gələn su isə az olduğuna görə səviyyə aşağı düşür. Bunun nəticələri də mənfi olacaq və Azərbaycan üçün ciddi fəsadlar yaradacaq. Gəmi nəqliyyatına, dəniz təsərrüfatının hamısına mənfi təsir edəcək. Bundan əlavə, sahil zonasının özünün də rütubətlənmə rejimi azalacaq və mənfi təzahürləri olacaq”.

R.Məmmədov qeyd edib ki, son dörd il ərzində Xəzər dənizinin səviyyəsi -28 metr düşüb. Onun sözlərinə görə, bu, 1970-ci ildəki səviyyəyə yaxındır: "O zaman Xəzərin səviyyəsi -28 m, 1978-ci ildə isə 1 metrə kimi də düşərək -29 metr olub. Sonradan səviyyə qalxmağa doğru gedib. 1996-cı ilə kimi Xəzərin səviyyəsi 2 metr yarım qalxıb, sonra bir müddət sabit qalıb. 1978-ci ildə Xəzərin səviyyəsində 29 m, 1996-cı ildə isə Xəzərin suyunun səviyyəsində 26,5 metr azalma qeydə alınıb.Sonra səviyyə bir az sabit qalıb və 2010-cu ilin əvvəllərindən yenidən düşməyə başlayıb və bu günə -28 metrə kimi düşüb".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM