Azərbaycan təmsilçisindən erməni qalibə jest - VİDEO

10:26 | 20.12.2021
Azərbaycan təmsilçisindən erməni qalibə jest - VİDEO

Azərbaycan təmsilçisindən erməni qalibə jest - VİDEO

"Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində iştirak edən azərbaycanlı Sona Əzizova 1-ci olan Ermənistan təmsilçisi Malenanı qucaqlayaraq təbrik edib. Azərbaycan təmsilçisinin bu davranışı sosial şəbəkələrdə müzakirə preqmentinə çevrilib.

Sözügedən görüntünü təqdim edirik:

 
 
Azərbaycan yarışmada Sona Əzizovanın ifasında "One of those days” mahnısı ilə təmsil olunub

Müsabiqədə ölkələrin səsverməsinə əsasən, İtaliya və Ukrayna ən yüksək – 12 xalı Azərbaycana verib. Azərbaycan isə ən yüksək – 12 xalı Rusiyanın lehinə istifadə edib.

Builki müsabiqənin qalibi "Qami qami” mahnısı ilə Ermənistan təmsilçisi Malena 224 xal toplayıb. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM