Azərbaycan Tibb Universitetində maaşlar artırıldı

14:27 | 19.03.2015
Azərbaycan Tibb Universitetində maaşlar artırıldı

Azərbaycan Tibb Universitetində maaşlar artırıldı

Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşların maddi rifahının  yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti tədbir həyata keçirilib.

ATU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gün universitetin Böyük Elmi Şurasında əməkdaşların əmək haqqının artırılması haqqında qərar qəbul edilib.

Qərar əsasən aprel ayının 1-dən etibarən  ATU-da inzibati idarəetmədə çalışan rəhbər  heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb.  Bundan sonra fakültə dekanları 1450,  kafedra müdirləri 1300, professorlar 1200, dosentlər  1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750  manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına  o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə  şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra  Tibb Universitetində  professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.

Qeyd edək ki, son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və  elmi-pedaqoji fəaliyyətlərinin stimullaşdırması məqsədilə  əmək haqqlarının artırılması  ənənə halını alıb. Belə ki, yalnız   2014-cü  ildə  Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı iki müxtəlif vaxtda artırılıb.

Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya  yolu ilə artırılıb.

ATU-da əməkdaşların  əmək haqqının artırılması  haqqında olan bu qərar, həmvətənlərimiz üçün doğma olan Novruz bayramı ərəfəsində kollektiv üçün ikiqat bayram sevinci bəxş edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM