Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.
Təlimlər mayın 16-dək davam edəcəkdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !