Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin görüşü keçirilib

14:15 | 14.03.2014
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin görüşü keçirilib

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin görüşü keçirilib

Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib.APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ölkələr arasında mövcud olan sərhədlər dost və qardaşlıq sərhədləri olmalıdır: “Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq”. Sonra nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş artıq başa çatıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilir. Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM