• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan -Türkiyə dostluq konserti baş tutdu

Azərbaycan -Türkiyə dostluq konserti baş tutdu
04.12.2022 19:00
Türkiyənin paytaxtı Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib.
 
Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Cümhurbaşkanlığı Simfoniya Orkestrinin dəstəyi ilə təşkil olunan konsertin izləyiciləri arasında Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar və türk sənətsevərlər də olub.
 
Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədova, Mənsum İbrahimov və Qarabağ muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndiriblər.
 
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların Qız qalası ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.
 
Sənətçilərimizin səsləndirdiyi "Azərbaycan", "Xudayar təsnifi", "Laçın", birlikdə səsləndirilən "Yaşa Azərbaycan" və digər mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
 
Azərbaycanlı sənətçilərlə yanaşı, tanınmış türk sənətçiləri Şükriye Tutkun və Mustafa Kəsər də sevilən mahnılarını ifa ediblər.
 
İki saat davam edən konsertin izləyiciləri Azərbaycan - Türkiyə dostluğunu və qardaşlığını tərənnüm edən konsertdən çox razı qaldıqlarını bildirərək belə tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətiriblər.
 
Konsert Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol