Azərbaycan, Türkiyə və Gürcüstan elektrik dəhlizi açır

17:08 | 10.07.2015
Azərbaycan, Türkiyə və Gürcüstan elektrik dəhlizi açır

Azərbaycan, Türkiyə və Gürcüstan elektrik dəhlizi açır

Azərbaycan, Gürcüstan, Türkiyə arasında yeni elektrik dəhlizi açılır.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki üç ölkənin nümayəndə heyəti yeni dəhliz üçün Gürcüstanın paytaxtı Tbilisidə bir araya gəliblər.

Qeyd edək ki, yeni elektrik dəhlizi üçün üç ölkə arasında ilk bəyannamə imzalanıb.

Tbilisidə təşkil olunan tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirib ki, artıq elektrik xətti üçün iki fərqli marşrutu təyin edilib:

"Qərb-Şərq xəttinin EWEC, Şimali-Cənubi xəttinin isə NOSEC adını adlanacaq”-deyə, nazir əlavə edib.

Türkiyə mətbuatı yazır ki, görüşlərdən sonra Azərbaycan hökuməti (Azərenerji) Türkiyədə lisenziya alacaq.

Xatırladaq ki, BTC kəməri ilə üç ölkə arasında neft nəqli həyata keçirilir. Bundan əlavə isə ölkələr arasında Trans-Anadolu Boru Kəməri (TANAP) ilə təbii qaz nəqli həyata keçiriləcək.

Onu da əlavə edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin(SOCAR) yaydığı məlumatda bildirilirdi ki, TANAP-ın başlanma tarixi 2019-cu ilin iyulun 1-də, tam istismarı isə 2021-ci il iyulun 1-də reallaşması nəzərdə tutulub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM