Azərbaycan Türkiyədən təyyarə alacaq

Azərbaycan Türkiyə istehsalı olan səkkiz yerlik 40 təyyarə sifariş edib, bu barədə Bolu bələdiyyəsinin rəhbəri Ələddin Yılmaz bildirib.
Oxu.Az bu barədə aksam.com.tr-yə istinadən xəbər verir.
Ələddin Yılmaz jurnalistlərə tezliklə Bolu vilayətində təyyarələrin istehsal ediləcəyi müəssisənin inşaatına başlanılacağını bəyan edib.
"Yerli müəssisədə istehsal ediləcək təyyarələrin ilk sifarişi alınıb. 40 təyyarədən ibarət ilkin partiyanı Azərbaycan sifariş edib”, - bələdiyyə rəhbəri bildirib.
Yılmazın sözlərinə görə, yeni təyyarə istehsalı müəssisəsinin şəxsi uçuş xətti olacaq. O qeyd edib ki, Boluda istehsal edilməsi təklif edilən təyyarələr yüngül mühərriklidir və maksimum 8 nəfər üçün nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 