Azərbaycan Türkiyəyə qaz ixracını 19% artıracaq

21:56 | 03.02.2023
Azərbaycan Türkiyəyə qaz ixracını 19% artıracaq

Azərbaycan Türkiyəyə qaz ixracını 19% artıracaq

Azerbaycan 2023-cü ildə Türkiyəyə qaz ixracını 2021-ci ildəki 8,4 milyard kubmetrdən 10 milyard kubometrə kimi artırmaq niyyyətindədir.  Bunu  Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib. 

«Türkiyənin energetika naziri Fateh Dönməzlə qazın nəqli və tranziti məsələlərini müzakirə etdik. 2023-cü ildə Türkiyəyə qaz  ixracı  10 milyard kubmetr həcmində proqnozlaşdırılır», - Şahbazov tvitter hesabında yazıb. 
 
Türkiyənin energetika naziri Fateh Donməz, tərəflərin Azərbaycan qazını  Türkiyəyə çatdıran TANAP boru kəmərinin gücünün də 2 dəfə artırılacağı barədə razılıq əldə edildiyini bildirib. 
 
Onun sözlərinə görə, TANAP-ın gücünün artırılması layihəsini Türkiyə 3-4 ilə bitirmək niyyətindədir. 
 
"TANAP  tutumunun ikiqat artırılması ilə bağlı konsensusla  əlaqədar tədqiqatlar davam edir. Kəmərin  tutumunun artımı 3-4 ilə reallaşacaq.
Bu yolla Türkiyə  Avropanın enerji  təhlükəsizliyinə töhfə verəcək", - Dönməz bildirib.
 
Onun sözlərinə görə,  Türkiyə qaz üzrə ticarət mərkəzinin yaradılması ilə bağlı son nöqtəyə çatıb. 
 
"Biz son illərdə öz təchizat təhlükəsizliyimiz üçün infrastruktur üzərində işləyərkən, qazı Avropa ölkələrinə ötürəcəyimiz və ticarət edəcəyimiz nöqtəyə keçirik.  Söhbət etdiyimiz rəsmilərin hamısı layihəmizi dəstəkləyəcəklərini bildirdilər. Xüsusilə Türkiyədə  distribütor və ticarət mərkəzinin yaradılması səylərimizdə son nöqtəyə gəldik. Məqsədimiz bir il ərzində ilk ticarətə başlamaqdır", - Dönməz vurğulayıb.

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM