“Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır”

14:42 | 12.02.2015
“Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır”

“Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır”

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times” qəzetinə müsahibəsində Ukraynadakı münaqişə ilə bağlı səsləndirdiyi fikirlər əsasında Azərbaycanın mövqeyinin müxtəlif cür yozulmasına aydınlıq gətirib.

APA-nın məlumatına görə, Ə. Həsənov bildirib ki, Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır: "Bizim mövqeyimiz bundan ibarətdir. Ümumiyyətlə, Azərbaycan münaqişələrin silahlı yolla həllinə ehtiyatla yanaşır. Məsələ budur”.
 
Şöbə müdiri qeyd edib ki, müsahibəsində səsləndirdiyi fikrilərlə bağlı müxtəlif mətbuat orqanlarında yanlış iddiaların ortaya atılması əsassızdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM