Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

18:54 | 28.12.2023
Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərib

Azərbaycan Respublikasının Ukraynaya humanitar yardımı bu il də davam edib. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.
 
ABŞ 2022-ci il fevralın 24-dən, Yəni Rusiya-Ukrayna müharibəsi başlayandan,  indiyə kimi Ukraynaya 40 milyard dollardan çox hərbi yardım edib. Bu barədə  Pentaqon rəhbəri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında  bildirib. 
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.

 
Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti