• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayıb

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayıb
05.02.2025 19:30
2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (AUQX) ümumilikdə 3635 müraciət daxil olub. 24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin problemlərinə operativ dəstək göstərib.

Daxil olan sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkib olunub, bu ailələrin uşaqları ilə sosial-psixoloji reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım göstərilib.
 
Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfərlər təşkil edilib.

Zənglərin təsnifatına gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı olub. Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618, sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub. Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzularla əlaqəli olub.

Müraciətlərin 1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 2799-u 18 yaşdan yuxarı, 436-sı isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.

Xidmət fəaliyyətini müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqda həyata keçirir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir.

"Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), feysbuk və instaqram sosial şəbəkələri, "uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

"Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi "Azercell” səhifəsinə daxil olun.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Cəmiyyət 21:33
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 21:28
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:11
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
Cəmiyyət 20:38
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 19:30
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol