Azərbaycan və Ermənistan prezidentləri cari ilin sonuna qədər həmsədrlərin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas elementlərinin və digər problemlərin müzakirəsi üçün görüşməyin tərəfdarı olduğunu təsdiqləyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair regiona səfərin yekunu üzrə müştərək bəyannaməsində bildirilib.
Bəyanatda qeyd edildiyi kimi, həmsədrlər prezidentlərə təmas xəttində gərginliyin artmasına dair narahatçılıqlarını bildiriblər.
"Minaatan və raket qurğuları kimi ağır silahın istifadəsi qəbuledilməzdir və mülki əhali üçün ciddi təhlükədir.
Mülki əhali arasında qurban və ölümlərə təəssüf edirik və tərəfləri zorakılıqdan qaçınmaq üçün bütün tədbirlərin həyata keçirilməsinə çağırırıq.
Biz, təhlükəsizlik sahəsində vəziyyətin sabitləşməsinə və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılmasına yönəlmiş mövcud təklifləri qaldırımışıq”, - bəyanatda deyilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !