ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırır.APA-nın xəbərinə görə, bunu amerikalı həmsədr Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. O, iki ölkə xarici işlər nazirlərinin bu həftənin cümə günü Parisdə görüşəcəklərini xatırladıb və bu görüşün prezidentlərin fevral ayına nəzərdə tutulan görüşü öncəsi irəli doğru addım olacağına ümid etdiyini söyləyib. Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !