• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Pensiyaların indeksləşməsi 1 milyondan çox şəxsi əhatə edəcək

Pensiyaların indeksləşməsi 1 milyondan çox şəxsi əhatə edəcək
05.02.2025 18:06
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1,1 milyon pensiyaçıya şamil olunan bu artım üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.

"Dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.

Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir".

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

Habelə fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılması nəzərdə tutulub. Müavinət və təqaüdlər də yaxın aylarda artırılacaq.

Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 12:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Cəmiyyət 12:24
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 12:23
Sabah hava yağmursuz olacaq
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
Cəmiyyət 12:08
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:00
DYP sürücülərə müraciət edib
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Cəmiyyət 11:38
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:42
Faktiki hava açıqlanıb
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Cəmiyyət 10:36
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Bu müəssisələrin lisenziyaları ləğv olunub
Cəmiyyət 09:45
Bu müəssisələrin lisenziyaları ləğv olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol