• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub

Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
18.11.2026 17:19

Gəncə Ağır Cinayətlər Məhkəməsi azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətlərində iştirak etməkdə təqsirli bilinən ana və onun sevgilisinə hökm oxuyub. Ana 10 il 6 ay, sevgilisi isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilib.

İş materiallarına görə, Bərdə rayon sakinləri olan 1988-ci il təvəllüdlü Q.M. və onun qeyri-rəsmi münasibətdə olduğu 1985-ci il təvəllüdlü A.F. 2021-ci ildə birgə kirayədə yaşadıqları mənzildə qadının 9 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

İttihama əsasən, onlar qabaqcadan əlbir olaraq uşağın köməksiz vəziyyətindən istifadə ediblər.

Cinayət əməli uzun müddət gizli qalıb və 2026-cı ilin əvvəllərində üzə çıxıb. Belə ki, Q.M.-nin sonradan qeyri-rəsmi münasibətdə olduğu başqa bir qadın onun əməliyyat zamanı narkoz altında olmasından istifadə edərək mobil telefonunun şifrəsini açıb.

Telefonda azyaşlıya qarşı törədilən əməlləri əks etdirən videogörüntüləri aşkar edən qadın həmin materialları hüquq-mühafizə orqanlarına təqdim edib.

Bundan sonra hər iki şəxs Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar hadisə günü spirtli içkinin təsiri altında olduqlarını bildiriblər.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, zərərçəkmiş hadisə zamanı azyaşlı olduğundan baş verənlərin mahiyyətini dərk etmək və müqavimət göstərmək iqtidarında olmayıb.

Zərərçəkmişin qanuni nümayəndəsi təqsirləndirilən şəxsləri bağışlamadığını və onlara ağır cəza verilməsini istədiyini bildirib.

Məhkəmənin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib. Q.M. 12 il 6 ay, azyaşlının anası isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınıb.

Tatyana

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Güclü külək olacaq - xəbərdarlıq
Cəmiyyət 16:57
Güclü külək olacaq - xəbərdarlıq
“Bənövşə” bağçasında şəraitsizlik: Təhsil idarəsi problemdən xəbərdardır
Cəmiyyət 16:40
“Bənövşə” bağçasında şəraitsizlik: Təhsil idarəsi problemdən xəbərdardır
Su və Meliorasiya İnstitutunda 435 ştat vahidi təsdiqlənib
Cəmiyyət 16:26
Su və Meliorasiya İnstitutunda 435 ştat vahidi təsdiqlənib
DSMF-nin investisiya gəlirləri 2025-ci ildə 120,5 milyon manat olub
Cəmiyyət 16:08
DSMF-nin investisiya gəlirləri 2025-ci ildə 120,5 milyon manat olub
Oğuzda avtoxuliqanlıq edən sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib
Cəmiyyət 15:28
Oğuzda avtoxuliqanlıq edən sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib
Fuad Muradovun müavinlərinin sayı artırılıb - fərman
Cəmiyyət 14:57
Fuad Muradovun müavinlərinin sayı artırılıb - fərman
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb
Cəmiyyət 14:24
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb
Prezident təqaüdü alanların sayı açıqlanıb
Cəmiyyət 14:14
Prezident təqaüdü alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox